Prezidentdən 12,5 milyonluq SƏRƏNCAM

saytların hazırlanması

Evə çatdırılma

Prezidentdən 12,5 milyonluq SƏRƏNCAM

Sosial

24 Sentyabr 2020 13:11 452


Prezident İlham Əliyev sentyabrın 24-də “Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Yenisabah.az xəbər verir ki, sərəncama əsasən, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 kilometr hissəsində təmir-bərpa işlərinin və “Ağ şəhər” layihəsi çərçivəsində avtomobil yollarının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, müvafiq olaraq, 8 milyon manat və 4,5 milyon manat ayrılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!