Prezidentə cadu etdirən nazir tutuldu 

saytların hazırlanması

Evə çatdırılma

Prezidentə cadu etdirən nazir tutuldu 

Dünya

28 İyun 2024 14:33 20495


Maldiv adalarının polisi ekologiya nazirini həbs edib. 

Musavat.com straitstimes.com saytına istinadla xəbər verir ki, Fatimət Şamnaz Əli Səlim ölkə prezidentinə qarşı “qara magiya”dan istifadə etməkdə ittiham olunub. 

Polis ekologiya naziri Fatimat Şamnaz Əli Səlimin iyunun 23-də digər iki nəfərlə birlikdə paytaxt Kişidə həbs edildiyini bildirib.  pizza hut

O, istintaqa qədər bir həftə müddətinə həbs edilib. Lakin məmurlar onun həbsinin təfərrüatlarını açıqlamayıblar. 

"Şamnazın prezident Mohamed Muizz-ə cadu etdiriyi üçün həbs olunduğuna dair xəbərlər var", - deyə yerli “The Sun” yazıb. 

Polis bu xəbəri nə təsdiq, nə də təkzib edib. 

Müsəlmanların çoxluq təşkil etdiyi Maldiv adalarının cinayət məcəlləsinə görə cadugərlik cinayət deyil. İslam qanunlarına görə isə Fatimat Şamnaz altı ay həbslə cəzalandırıla bilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!