Prezidenti “Xarici agentlər haqqında” qanuna veto qoyacağını bildirdi

saytların hazırlanması

Evə çatdırılma

Prezidenti “Xarici agentlər haqqında” qanuna veto qoyacağını bildirdi

Dünya

17 Aprel 2024 16:06 265


Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyacağını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, o, bunu Gürcüstanda akkreditasiya olunmuş diplomatik korpusun təmsilçiləri ilə görüşdə bildirib.

Ölkə parlamenti aprelin 17-də qanun layihəsini birinci oxunuşda qəbul edib. Layihənin lehinə 83 deputat səs verib. Marqarita pizza

Gürcüstan parlamentindəki müxalifət deputatları səsvermədən əvvəl zalda ayrıca iclas keçirməyə cəhd göstərib. Buna görə, parlamentin spikeri Şalva Papuaşvili toplantıda fasilə elan edib. Bundan sonra da müxalif “Strategiya Aqmaşenebeli” Partiyasının lideri Georgiyadze, “Vahid Milli Hərəkat” Partiyasının sədri Levan Xabeişvili, eləcə də partiya liderlərindən biri Tina Bokuçava zaldan çıxarılıb.

Müxalifət səsverməni boykot edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!