İranda ölkə prezidenti və onu müşayiət edən şəxslərin göyərtəsində olduğu helikopterin qəzasının səbəblərini araşdıran Ali Komitənin ilk hesabatı dərc olunub.
Yenisabah.az IRIB-ə istinadla xəbər verir ki, hesabatı İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Kommunikasiya Mərkəzi yayıb.
Hesabatda helikopterin qəzasına dair müxtəlif xüsusi, texniki və ümumi sahələr üzrə məlumatların əhəmiyyətli hissəsi toplandığı vurğulanıb. pizza
Sənəddə qeyd edilib ki, bəzi məsələlərə dair qəti rəy vermək üçün daha çox vaxt tələb olunur və onlar hazırda jaraşdırılır.
Ali Komitə bildirib ki, helikopter əvvəlcədən planlaşdırılan marşruta uyğun hərəkət edib və təyin olunmuş uçuş zolağından çıxmayıb.
"Helikopter qəzasından təxminən bir yarım dəqiqə əvvəl yaralı helikopter pilotu uçuş qrupunun digər iki helikopteri ilə əlaqə saxlayıb.
Qəzaya uğrayan helikopterin qalan korpus qalıqlarında güllə təsiri və ya buna bənzər hallar müşahidə olunmayıb.
Qəzaya düşən helikopter yüksəkliyə dəydikdən sonra alovlanıb.
Ərazinin mürəkkəbliyi, duman və temperaturun aşağı olması ucbatından kəşfiyyat əməliyyatı gecəyə qədər uzanıb və gecə boyu davam etdirilib; Bazar ertəsi səhər (saat 05-də) (İran) pilotsuz təyyarələrin köməyi ilə qəzanın dəqiq yeri müəyyən edilib ki, həmin nöqtədə kəşfiyyat əməliyyatlarını quru qüvvələr aparıb.
Gözətçi qülləsinin uçuş heyəti ilə söhbətlərində heç bir şübhəli hal müşahidə edilməyib.
Sonda xatırladılır ki, sözügedən helikopter qəzası ilə bağlı sənəd və sənədlərin əhəmiyyətli bir hissəsi toplanıb və bəzi hissələrə və sənədlərə baxılması üçün daha çox vaxt lazımdır ki, bu da texniki baxışdan sonra növbəti məlumatlarda veriləcək. Odur ki, hadisə yerinin faktları barədə dəqiq məlumatı olmayan və ya bəzən xarici KİV-lərin virtual məkanda bələdçiliyi ilə möhtəkirliklər əsasında dərc olunan qeyri-ekspert şərhlərə əhəmiyyət verilməməlidir".
Telegram kanalımız