Slovakiyanın baş naziri Robert Fiko və ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdlərindən sonra Serbiya prezidenti Aleksandr Vuçiçin həyatı üçün təhlükə yaranıb.
Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Serbiya baş nazirinin müavini Aleksandr Vulin bildirib.
O əlavə edib: “Ukraynada sülh yolu ilə həllin tərəfdarı olan hər kəsin başına nəsə gəlir, kimsə onlara atəş açır”. Pepperoni pizza
Vulinin sözlərinə görə, Vuçiçin həyatı Serbiyanın hərbi neytrallığını dayandırmasını, Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini, Kosovonun müstəqilliyini tanımasını və Bosniya və Herseqovinadakı Serb Respublikasından əl çəkməsini istəyənlər tərəfindən təhlükə altındadır.
Telegram kanalımız