Prezidentin köməkçisi: Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadır

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin köməkçisi: Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadır

Sosial

29 Avqust 2020 11:29 892


Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadır. Koronavirusla bağlı vəziyyət sabitləşib və yoluxmalar azalıb.

“Yeni Sabah” xəbər verir, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda COVID-19 infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər nəticəsində, eləcə də əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və məsuliyyətlə əməl etməsi, dövlət-vətəndaş həmrəyliyi sayəsində ölkədəki sanitar-epidemioloji vəziyyət stabilləşib, yoluxma hallarının kəskin azalmasına nail olunub. Dördpendirli pizza

“Bugünkü rəqəmlər bizi sevindirir. Bununla yanaşı, bir daha vətəndaşları xüsusi karantin rejiminin tələblərinə riayət etməyə çağırırıq”, - deyə Hikmət Hacıyev bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!