Prezidentin vəzifə verdiyi xanım kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin vəzifə verdiyi xanım kimdir?

Sosial

27 Noyabr 2024 16:15 1382


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin olunub.

“Yeni Sabah” xəbər verir ki, Kamilə Dadaş-zadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiridir.

K.Dadaşzadə sənətşünaslıq üzrə fəlsəfə doktoru, professordur. Pepperoni pizza

O, 2011-ci ildən kafedraya rəhbərlik edir.

K.Dadşzadə Konservatoriyanı bitirdikdən sonra uzun müddət Aşıqlar Birliyində çalışıb.

2000-ci ildə “Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərinin təhlilinə dair” mövzusunda dissertasiya müdafiə edib. 40-a yaxın elmi məqalənin, monoqrafiyanın müəllifidir.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!