Prezidentlər Rusiyada görüşəcəklər

saytların hazırlanması

Evə çatdırılma

Prezidentlər Rusiyada görüşəcəklər

Siyasət

18 Fevral 2021 16:08 645


Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko görüşəcəklər.

Yenisabah.az xəbər verir ki, bu barədə A. Lukaşenko Belarus-Rusiya İttifaq Dövlətinin dövlət katibi Qriqori Rapota ilə görüşdə bildirib.

“Mən və Putin xeyli müddət əvvəl fevralın 20-dən sonra görüşüb, iki ölkə arasında əməkdaşlığın bəzi sahələri barədə müzakirələr aparmaq barədə razılığa gəlmişik. Lakin dərhal deməliyəm ki, bəziləri gündəmi tutur və iddia edirlər ki, guya mən Rusiyaya 3 milyard dollar istəmək üçün gedirəm. Xeyr, mən Rusiyaya nə isə istəməyə getmirəm”, - deyə Belarus dövlət başçısı vurğulayıb. Sezar pizza

O qeyd edib ki, səfəri çərçivəsində Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevlə də görüşəməyi planlaşdırır. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!