Prezidentlərin Soçi görüşündən xəbər var 

saytların hazırlanması

Evə çatdırılma

Prezidentlərin Soçi görüşündən xəbər var 

Dünya

04 Sentyabr 2023 14:56 518


"Xarici ticarət həcmimizin 62 milyard dollar olması və 100 milyard hədəfinə doğru getməyimiz bizi həqiqətən də məmnun edir". 

Yenisabah.az TRT-yə istinadən xəbər verir ki, bunu rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Türkiyə prezidenti çıxışında taxıl məsələsinin bir çox ölkələr üçün, o cümlədən az inkişaf etmiş Afrika ölkələri üçün faydalı olacağını vurğulayıb.  pizza

"Prezident Ərdoğanın liderliyi dönəmində Türkiyə-Rusiya münasibətləri inkişaf etdi. Ticarət həcmimiz müsbət istiqamətdə artır. Kənd təsərrüfatı mövzusunda bir çox uğur qazanmışıq. Rusiya-Türkiyə arasında bir çox məsələdə ikitərəfli əlaqələrimiz uğurla davam edir. Yaxın vaxtlarda qaz və digər məsələlərdə önəmli addımlar atacağıq. Taxıl dəhlizi məsələsini də danışacağıq", - Putin bildirib. 

Rusiya prezidenti həmçinin Türkiyədə açılacaq Akkuyu AES və Ukraynadakı müharibədən danışıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!