Prezidentliyə namizəd öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Prezidentliyə namizəd öldürüldü

Dünya

10 Avqust 2023 08:58 1686


Ekvadorda ölkə prezidentliyinə namizəd Fernando Villavisensio öldürülüb.

Yenisabah.az xəbər verir ki, o, prezident seçkiləri ərəfəsində naməlum şəxslər tərəfindən güllələnib.

Siyasətçi paytaxt Kitoda keçirilən tədbirdən sonra şəxsi avtomobilində hücuma məruz qalıb. Məlumata görə, onun başına üç güllə dəyib. Pepperoni pizza

Ekvador prezidenti Gilyermo Lasso da Villavisensionun ölüm xəbərini təsdiqləyib. O, “şok və qəzəb” içində olduğunu və hücumun cəzasız qalmayacağını bildirib.

Qeyd edək ki, Ekvadorda prezident seçkiləri avqustun 20-də keçiriləcək. Villavisensio seçki kompaniyasında narkotik kartellərinə qarşı mübarizə aparacağını bildirirdi. O, bir müddət əvvəl narkotik qaçaqmalçıları tərəfindən təhdid edildiyini də açıqlamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!