Prezidentliyə namizəd qəza törətdi

saytların hazırlanması

Evə çatdırılma

Prezidentliyə namizəd qəza törətdi

Dünya

25 İyul 2023 19:29 757


2024-cü ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürəcək Florida qubernatoru Ron DeSantis Tennessi ştatının Çattanoqa şəhərində keçirilən tədbirə gedərkən qəza törədib.

Yenisabah.az Associated Press-ə istinadla xəbər verir.

DeSantis xəsarət almayıb, onun komanda üzvlərindən biri isə yüngül zədələnib. pizza sifarişi

Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.

Ron DeSantis bu ilin mayında Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq hüququ üçün namizədliyini rəsmən elan edib.

44 yaşlı DeSantis 2019-cu ildən Florida ştatının qubernatorudur. Bundan əvvəl, 2013-2018-ci illərdə bu ştatdan ABŞ Nümayəndələr Palatasının üzvü olub. O, digər respublikaçı namizədlər arasında ABŞ-ın keçmiş prezidenti Donald Trampın ən ciddi rəqibi hesab olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!