Prezidentliyə namizəd Fuad Əliyev: “Əsas məqsədimiz...” 

saytların hazırlanması

Evə çatdırılma

Prezidentliyə namizəd Fuad Əliyev: “Əsas məqsədimiz...” 

Siyasət

13 Yanvar 2024 10:24 2335


Növbədənkənar prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqatın aparılması bir neçə gün sonra, daha dəqiq desək yanvarın 15-dən başlanacaq. Hazırda namizədlər bununla bağlı hazırlıq işləri görür. 

Prezidentliyə namizədlərdən olan, siyasətçi, hazırda özünü buraxmış Azərbaycan Liberal Demokrat Partiyasının keçmiş rəhbəri Fuad Əliyev seçki kampaniyası öncəsi fikirlərini Yenisabah.az-la bölüşüb. Namizəd növbədənkənar seçkilərin qış fəslində keçirilməsi ilə əlaqədar seçici aktivliyinə mənfi təsir göstərə biləcəyi iddiasına münasibət bildirib: 

“Keçmişə qayıtsaq, mənim partiya rəhbəri olduğum 25 illik dövr ərzində biz bələdiyyə, parlament və prezident seçkilərində iştirak etmişik. Mən təcrübəm baxımından deyə bilərəm ki, bunlar sadəcə bəhanədir. Soyuq havalar səbəbindən seçici aktivliyinin azalacağını qətiyyən düşünmürəm. Siyasətçilər hər seçkiyə hər an hazır olmalıdır. Seçkilərin müxtəlif vaxtlarda təyin olunması onlar üçün gözlənilməz olmamalıdır. Partiya olmağın da mahiyyəti məhz budur. Hesab edirəm ki, bu cür fikirdə olanlar sadəcə özlərinə güvənmir. Məlum məsələdir ki, seçkilərin favoriti hazırki prezident İlham Əliyevdir. Amma bu o demək deyil ki, digər namizədlər buna görə seçkilərdə iştirakdan çəkinməlidir. Mənim və komandamın əsas məqsədi cəmiyyətdə olan problemləri qabartmaq, bu problemlərin çıxış yollarını axtarmaq və həll yollarını necə gördüyümüzü seçicilərə çatdırmaqdır”.  Dördpendirli pizza

Fuad Əliyev həmçinin iri şəhərlərdə və regionlarda seçicilərlə görüşlərin planlaşdırıldığını qeyd edib.

“Biz regionlarda görüşlərə hazırlaşırıq. Hazırda hansı şəhərlərdə görüşlərin keçiriləcəyini müzakirə edirik. Bir-neçə şəhərlərdə irimiqyaslı seçki kampaniyası keçirməyi düşünürük”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!