Prezidentliyə namizədlərə ikiqat pulsuz efir vaxtı verilə bilər

saytların hazırlanması

Evə çatdırılma

Prezidentliyə namizədlərə ikiqat pulsuz efir vaxtı verilə bilər

Siyasət

13 Yanvar 2024 16:24 536


Prezidentliyə namizədlərə ikiqat pulsuz efir vaxtı verilə bilər.

"Report"un məlumatına görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib.

Komissiyanın sədr müavini Rövzət Qasımov bildirib ki, qanunvericiliyə əsasən prezidentliyə namizədlərə həftəlik 3 saat efir vaxtı verilməsi nəzərdə tutulur: pizza

“Amma biz İTV ilə müzakirələr aparırıq ki, hər bir namizədə ikiqat vaxt müəyyən edilsin və həftənin bütün günləri təşkil olunsun”.

Onun sözlərinə görə, həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə günləri prezidentliyə namizədlərə İTV-nin efirində saat 21:00-da ödənişsiz efir vaxtı təşkil ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!