Dekabrın 26-da Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) daha 8 nəfərin namizədliyinin irəli sürülməsini təsdiq edib.
MSK-nin məlumatınada deyilir ki, MSK-nin son iclasında namizədlikləri özləri tərəfindən irəli sürülən Sərvan Kərimovun (elmi fəaliyyətlə məşğul olub), Mətləb Mütəllimlinin (Milli Məclisin I çağırış və Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, həmçinin Əbülfəz Elçibəy hökumətində Azərbaycan baş prokurorunun birinci müavini olub), Abutalıb Səmədovun (Azərbaycan Naminə Alyans Partiyasının sədri olub, Milli Məclisin iki çağırış deputatı (1994–2023) seçilib), Fikrət Yusifovun (Azərbaycanın maliyyə naziri (1994-1999) vəzifəsində çalışıb, hazırda “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədridir), Yusif Bağırzadənin (Əvvəllər Azərbaycan Milli İstiqlal Partiyasının sədri olub, Milli Məclisin bir çağırış deputatı seçilib, Mərkəzi Seçki Komissiyasının üzvü olub), Arzuman Abdulkərimovun (Ana Vətən Partiyasında sədr müavini olub), Yunus Oğuzun (Hazırda “Olaylar” qəzetinin baş redaktorudur. Əvvəllər Milli Vəhdət Partiyasının sədri (2000-2023), Vəhdət Partiyası sədrinin birinci müavini (1998-2000), Xalq Azadlıq Partiyasının sədri olub) və Qulamhüseyn Əlibəylinin (Milli Məclisin iki çağırış deputatı, Aydınlar Partiyasının sədri (2008-2023, daha əvvəl isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisnin sədri olub) namizədliyinin irəli sürülməsi təsdiq edilib.
Bununla da prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 15-ə çatıb. Pepperoni pizza
Bundan öncə MSK hazırki prezident İlham Əliyevin, namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülən Zahid Oruc (Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri) və Fuad Əliyevin (keçmiş Liberal Demokrat Partiyasının sədri olub), Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevin, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Telegram kanalımız