Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru Kərim Xan İsrailin baş naziri Benyamin Netanyahu, İsrailin müdafiə naziri Yoav Qalant və Fələstin HƏMAS hərəkatının üç əsas liderinin həbsinə order verilməsini istəyib.
Yenisabah.az AP-yə istinadla xəbər verir ki, o, HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvarın, HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin və HƏMAS-ın hərbi qanadının komandiri Məhəmməd Diab İbrahim əl-Masrinin həbsini zəruri hesab edir.
Prokuror izah edib ki, onların "İsraildə və Fələstin Dövlətində (Qəzza zolağında) müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər törətməkdə məsuliyyət daşıdıqlarına" inanmağa əsasları var. pizza
Bundan əlavə, prokuror Netanyahu və Qalantın həbsinə order verilməsini istəyib, çünki “onların Fələstin Dövləti (Qəzza zolağı) ərazisində törədilmiş hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə cinayət məsuliyyəti daşıdıqlarına inanmaq üçün ağlabatan əsaslar var.
Sorğu üç hakimdən ibarət məhkəməyəqədər kollegiyaya göndərilir, onlar bu cür sorğuları araşdırır və orta hesabla iki ay ərzində qərar verirlər. Sərəncamlar verilsə belə, Netanyahu və Qallant dərhal mühakimə olunma riski ilə üzləşmir, çünki İsrail BCM-nin tərəfi deyil.
Telegram kanalımız