Prokurorluq binasında intihar edən Turalə ilə bağlı yeni xəbər var

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq binasında intihar edən Turalə ilə bağlı yeni xəbər var

Kriminal

08 Sentyabr 2023 12:22 926


Mingəçevir Şəhər Prokurorluğundan özünü ataraq intihar edən 32 yaşlı Turalə Aslanovanın intiharı ilə bağlı başladılmış cinayət işinin araşdırması davam edir.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu Baş Prokurorluğun İnstaqram sosial şəbəkəsindəki səhifəsində canlı yayım zamanı İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, həmin cinayət işi üzrə dindirilmələr keçirilib: “İstintaq zamanı ayrı-ayrı şəxslərin külli miqdarda dələduzluq faktları ortaya çıxıb. Həmin dələduzluq faktları da ayrıca icraatda araşdırılır. Çoxsaylı dindirilmələr keçirilib, bank məlumatları götürülüb. Hələlik yekun qərar yoxdur”. pizza hut

Mingəçevir Şəhər Prokurorluğundan özünü ataraq intihar edən 32 yaşlı Turalə Aslanovanın keçmiş polis əməkdaşı olması müəyyənləşib. Xeyli müddət DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Gəncə Şəhər Şöbəsində işləyən T.Aslanova dələduzluq əməlləri ilə bağlı şikayətlər daxil olandan sonra tutduğu vəzifədən və polis sıralarından uzaqlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!