Prokurorluq qazinin intiharı ilə bağlı araşdırmalara başladı

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq qazinin intiharı ilə bağlı araşdırmalara başladı

Hadisə

13 İyul 2022 12:06 818


1987-ci il təvəllüdlü, Sabirabad rayonu, Qalağayın kənd sakini Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır. 

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumatda bildirilib.

Qeyd edək ki, 35 yaşlı qazi iyulun 10-da intihara cəhddən sonra ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdi. Lakin bütün cəhdlərə baxmayaraq, ağır yanıq xəsarətləri səbəbindən iyulun 12-də vəfat edib. Dominos pizza

Xatırladaq ki, Sabirabad rayonu Qalaqayın kənd sakini Elvin Cəfərov 3-cü qrup Vətən müharibəsi əlili idi, o döyüşlərdə kontuziya almışdı. 2 azyaşlı oğlu qalan qazi “Mauqli” ləqəbi ilə tanınıb. Bildirilir ki, xüsusi təyinatlıların sırasına qoşulmaq üçün onu test ediblər. 

Aldığı tapşırıq ermənilərin Laçın meşələrindəki ağacların üstünə yerləşdirdikləri kameraları gətirmək olub. Ağacların başından xeyli kamera yığıb. Beləliklə, adı “Mauqli” qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!