Prokurorluq Şəkidə 5 yaşlı uşağın ölümünü araşdırır

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq Şəkidə 5 yaşlı uşağın ölümünü araşdırır

Hadisə

23 Yanvar 2023 16:13 777


Şəkidə 5 yaşlı uşağın həkim səhlənkarlığı nəticəsində öldüyü iddia olunur.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu barədə 2 gün əvvəl Şəki Mərkəzi Xəstəxanasında vəfat edən Zəhra Eyvazlının yaxınları məlumat verib.

Azyaşlının dayısı Akif Məmmədovun sözlərinə görə, Zəhra nəfəs çatışmazlığından deyil, tibb bacısının köçürdüyü sistemin əks təsirindən dünyasını dəyişib: pizza mizza

“Həmin gün xəstəxanada həkim tapılmadığı üçün Zəhraya tibb bacısı süstem köçürdü. Evə qayıdandan sonra uşağın temperaturu yüksəldi, qanında parçalanma yarandı. İlkin rəy veriblər ki, uşaq nəfəs çatışmazlığından vəfat edib. Biz hesab edirik ki, ölümə səbəb tibb bacısının köçürdüyü sistem olub. Həmin vaxt xəstəxanada həkim olsaydı bəlkə də belə olmazdı”.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!