Prokurorluqdan Nabranda 11 nəfərin zəhərlənməsi ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluqdan Nabranda 11 nəfərin zəhərlənməsi ilə bağlı açıqlama

Hadisə

20 İyul 2022 14:05 1080


Prokurorluq Nabranda istirahət mərkəzində 11 nəfərin zəhərlənməsi ilə bağlı açıqlama verib. 

Baş Prokurorluğun Mətbuat xidmətindən "Yeni Sabah"ın sorğusuna cavab olaraq bildirilib ki, Xaçmaz rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində qida zəhərlənməsi ilə əlaqədar 11 nəfər xəstəxanaya müraciət edib, 6 şəxsə ambulator qaydada tibbi yardım göstərilərək evə buraxılıb, 5 nəfərin isə hazırda stasionar qaydada müalicəsi davam etdirilir:

"Vəziyyətləri normal qiymətləndirilir. Dördpendirli pizza

Hazırda faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə istirahət mərkəzindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!