FHN Puta Dəniz Limanındakı yanğınla bağlı məlumat yaydı   - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

FHN Puta Dəniz Limanındakı yanğınla bağlı məlumat yaydı - Yenilənib

Hadisə

02 Avqust 2022 23:52 1204


Fövqəladə Hallar Nazirliyi (FHN) Puta Dəniz Limanında gəmidəki yanğınla bağlı məlumat yayıb.

Yenisabah.az FHN-ə istinadən xəbər verir ki, Qaradağ rayonunda Puta Dəniz Limanında qoşqu gəmisinin mühərrik zalının yanar hissələri və içərisindəki avadanlıqlar 110 m² sahədə yanıb.

Gəminin qalan hissəsi yanğından mühafizə olunub. pizza mizza

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib

Əlavə məlumat veriləcək.

***

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə yanğın olması barədə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!