Putin Afrika ölkələrinə pulsuz taxıl vəd etdi 

saytların hazırlanması

Evə çatdırılma

Putin Afrika ölkələrinə pulsuz taxıl vəd etdi 

Dünya

27 İyul 2023 14:36 688


Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Afrikaya taxıl ixracında Ukraynanı əvəz edə biləcəyini deyib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Putin Sankt-Peterburqda keçirilən Afrika ölkələrinin liderlərinin iştirak etdiyi Rusiya-Afrika sammitində bildirib. 

Onun sözlərinə görə, Rusiya Afrikaya taxıl ixracında Ukraynanı əvəz edə bilər və Moskva üç-dörd ay ərzində altı ölkəyə pulsuz taxıl tədarük etməyə hazırdır. pizza hut

Putin altı ölkə siyahısında Burkina Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreyanın adını çəkib. Onların hər biri 25-50 min ton taxıl əldə edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!