Putin avropalıların Rusiyaya vizasız girişini yasaqladı

saytların hazırlanması

Evə çatdırılma

Putin avropalıların Rusiyaya vizasız girişini yasaqladı

Dünya

04 Aprel 2022 16:42 507


Vladimir Putin “Xarici dövlətlərin qeyri-dost hərəkətləri ilə əlaqədar cavab viza tədbirləri haqqında” fərman imzalayıb.

Yenisabah.az xəbər verir ki, sənəd hüquqi informasiya portalında dərc olunub.

Fərmana əsasən, Rusiya Aİ, Norveç, Danimarka, İslandiya, İsveçrə və Lixtenşteynlə viza rejiminin sadələşdirilməsi sazişlərinin bəzi bəndlərinin icrasını dayandırıb. Dördpendirli pizza

Söhbət Aİ ölkələrinin rəsmi nümayəndə heyətlərinin üzvlərindən və jurnalistlərdən gedir. Həmçinin, fərmana əsasən, diplomatik pasport sahiblərinin Rusiyaya vizasız daxil ola bilməsi qaydası da dayandırılıb.

Prezident Xarici İşlər Nazirliyinə yeni qaydalar barədə Avropa İttifaqının Nümayəndəliyinə və sadalanan ölkələrin səfirliklərinə məlumat verməyi, eləcə də dostluğa zidd hərəkətlərə yol verən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiyaya girişinə şəxsi məhdudiyyətlərin qoyulmasını tapşırıb.

Hökumət fərmanda göstərilən beynəlxalq müqavilələrin dayandırılması ilə bağlı qanun layihəsi hazırlayıb Dövlət Dumasına təqdim etməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!