Putin bioloji və kimyəvi silahdan istifadə etməyi düşünür – Bayden

saytların hazırlanması

Evə çatdırılma

Putin bioloji və kimyəvi silahdan istifadə etməyi düşünür – Bayden

Dünya

22 Mart 2022 14:53 422


Moskvanın Kiyevə qarşı saxta ittihamları göstərir ki, Vladimir Putin Ukraynada bioloji və kimyəvi silahlardan istifadə etməyi düşünür.

Bazar ertəsi gecə danışan prezident Co Bayden deyib ki, bu, “Putinin bu cür silahlardan istifadə etməyi düşündüyünə aydın işarədir”.

Pentaqonun sözçüsü Con Kirbi bazar ertəsi jurnalistlərə deyib: “Biz, şübhəsiz ki, Rusiya qoşunlarının müharibə cinayətləri törətdiyinə dair aydın sübutlar görürük və biz bu sübutların toplanmasına kömək edirik”. Sezar pizza

 Həmin gün Bayden məsələni Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, İtaliyanın baş naziri Mario Draqi və Böyük Britaniyanın baş naziri Boris Consonla müzakirə edib.

Ağ Evin hesabatında deyilir ki, liderlər “ölkələrini Rusiyanın təcavüzündən müdafiə edən ukraynalılara təhlükəsizlik yardımı və zorakılıqdan qaçan milyonlarla ukraynalıya humanitar yardım göstərməklə, Ukraynaya davamlı dəstəyini vurğuladılar”.

Ağ Ev, həmçinin, Rusiya hökumətinin ABŞ-ın kritik infrastrukturunu hədəf alan “potensial kiberhücum variantlarını” araşdırdığını irəli sürən “kəşfiyyata” istinad edərək, özəl şirkətləri kibermüdafiələrini gücləndirməyə çağırıb.

“Mən xəbərdarlıq etmişdim ki, Rusiya görünməmiş iqtisadi sanksiyalara cavab olaraq ABŞ-a qarşı  kiberhücum edə bilər. Bu gün biz Rusiya hökumətinin potensial kiberhücum variantlarını dair kəşfiyyata əsaslanan xəbərdarlıgı təkrar edirik”, - deyə Bayden bildirib.

Turan.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!