“Çin Rusiya ilə birlikdə dəyişən dünyanı davamlı inkişaf yoluna aparmağa hazırdır”.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri Çin sədri Si Tsinpin Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı bəyan edib.
"Biz rusiyalı tərəfdaşlarımızla birlikdə məsuliyyətli dünya dövləti nümunəsi kimi xidmət etməyə və belə sürətlə dəyişən dünyanın sabit və müsbət inkişaf yoluna çıxarılmasında aparıcı rol oynamağa hazırıq", - deyə o, deyib. Toyuqlu pizza
Bu arada Putin bəyan edib ki, Moskva və Pekinin xarici siyasət tandemi qlobal və regional sabitliyin təmin edilməsində əsas rol oynayır. Putinin sözlərinə görə, Rusiya Federasiyası Çinin Ukrayna böhranı ilə bağlı balanslı mövqeyini yüksək qiymətləndirir.
“Biz çinli dostlarımızın Ukrayna böhranı ilə bağlı balanslı mövqeyini yüksək qiymətləndiririk. Bu məsələ ilə bağlı suallarınızı və narahatlığınızı başa düşürük, bugünkü görüşdə təbii ki, bu məsələdə mövqeyimizi ətraflı izah edəcəyik, baxmayaraq ki, bu barədə əvvəllər danışmışıq”, - Putin bildirib.
O, həmçinin, əlavə edib ki, birqütblü dünya yaratmaq cəhdləri indi tamamilə iyrənc forma alıb.
Rusiya prezidenti çıxışında həmçinin, bildirib ki, Rusiya “vahid Çin” prinsipinə qətiyyətlə yanaşır və ABŞ-ın Tayvanda törətdiyi təxribatları pisləyir.
Telegram kanalımız