"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna taxılının daşınması məsələsini mütləq müzakirə edəcəyik".
Yenisabah.az "Anadolu"ya istinadla xəbər verir ki, bunu Vladimir Putin deyib. Rusiya rəhbəri qeyd edib ki, indiyədək Ukraynadan ixrac edilən ərzaq məhsullarının yalnız 3 faizi "taxıl müqaviləsi" çərçivəsində ən kasıb ölkələrə göndərilib. Gəmilərin əksəriyyəti Aİ dövlətlərinə yollanıb.
Putin qeyd edib ki, Avropa ölkələrinin hərəkətləri müstəmləkəçilərin hərəkətlərinə bənzəyir, inkişaf etməkdə olan ölkələr isə bir daha aldadılıb. Toyuqlu pizza
“Bu yanaşma ilə dünyada ərzaq problemlərinin miqyası daha da artacaq. Bəlkə də bu yolla taxıl və digər ərzaq məhsullarının ixracını necə məhdudlaşdırmaq barədə düşünməyə dəyər. Mən bu məsələ ilə bağlı Türkiyə prezidenti ilə mütləq məsləhətləşəcəyəm” , - deyə Rusiya prezidenti vurğulayıb.
Telegram kanalımız