Prezident Vladimir Putin bildirib ki, Yaxın Şərq liderləri ilə telefon danışıqlarının nəticələrinə əsasən onda belə təəssürat yaranıb ki, heç kim Fələstin-İsrail münaqişəsinin davamını və inkişafını istəmir.
Yenisabah.az xəbər verir ki, bu barədə o, Çinə səfərindən sonra keçirilən mətbuat konfransında bildirib.
"Regionun beş lideri ilə söhbətdən sonra təəssüratlarıma gəlincə, bunlar vacib və vaxtında aparılan danışıqlar idi. Məndə belə təəssürat yarandı ki, heç kim münaqişəni davam etdirmək, inkişaf etdirmək və vəziyyəti daha da pisləşdirmək istəmir". Dördpendirli pizza
O əlavə edib ki, hələlik bu danışıqların təfərrüatlarına varmaq istəmir:
“Məncə, əsas oyunçular, müəyyən mənada, bəziləri istəmir, bəziləri qorxur, amma münaqişəni inkişaf etdirməyə, onu genişmiqyaslı müharibəyə çevirməyə hazır olmaq, məndə belə bir təəssürat yaranır ki, praktiki olaraq belə insanlar yoxdur. Bu çox vacibdir”.
Putin Qəzzada xəstəxanaya hücumu fəlakət və faciə adlandırıb və bunun tərəflərə münaqişənin tez bir zamanda dayandırılmasının vacibliyi barədə siqnal olacağına ümid etdiyini bildirib.
Telegram kanalımız