Putin, Merkel və Makron Qarabağı müzakirə edəcək

saytların hazırlanması

Evə çatdırılma

Putin, Merkel və Makron Qarabağı müzakirə edəcək

Siyasət

30 Mart 2021 12:24 699


Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmauel Makronla telefonda danışacaq.

Yenisabah.az Modern.az-a itinadla xəbər verir ki, yaxın günlərdə baş tutacaq telefon danışığı zamanı əsas müzakirə mövzusu Ukraynanın Donbas regionunda yaranmış vəziyyət və Minsk razılaşmaları olacaq.

Paralel olaraq, liderlər Qarabağda mövcud durumu, “Şimal axını – 2” layihəsini, vaksinlərin sertifikatlaşması və bazara sərbəst buraxılmasını müzakirə edəcək. Dominos pizza

Rəsmi Berlin siyasətçi Aleksey Navalnı ilə bağlı məsələni, Belarusda seçkisonrası vəziyyəti və Moskvaya qarşı sanksiyaları müzakirə etməyi də planlaşdırır. Putinin Avropa liderləri ilə danışıqlarının gərgin keçəcəyi proqnozlaşdırılır.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!