Putin məşhur stolundan imtina etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Putin məşhur stolundan imtina etdi - Foto

Siyasət

29 Oktyabr 2023 13:57 2003


Rusiya prezidenti Vladimir Putinin qonaqları oturtduğu stol yenidən dünya mətbuatının və sosial şəbəkələrin müzakirə obyektinə çevrilib.

“Yeni Sabah” musavat.com-a istinadən bildirir ki, bu dəfə müzakirələr onun yeni stolu ilə bağlıdır.

"Spiegel" nəşri ötən həftə Putinin Kreml sarayında Rusiyanın 12 dini liderini qəbul etdiyi tədbirdən yayımlanan fotoya diqqət çəkib. pizza

Fotodan aydın görünür ki, Putinin oval formalı uzun stolu dördkünc stolla əvəzlənib. Lakin stol o qədər böyük və enlidir ki, qarşı-qarşıya oturan şəxslər arasında 6 metrə yaxın məsafə yaranır.

Dini liderlərlə görüşdə Rusiya prezidenti stolun bir tərəfində tək oturub, dini liderlər isə o biri tərəfdə. Nəticədə, ən yaxın qonaqla Putinin arasında 6 metrlik məsafə yaranıb. Aydın görünür ki, Rusiya prezidenti yaxın ətrafında kiminsə əyləşməyindən ehtiyat edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!