Putin-Orban görüşü: Ukraynaya dair təkliflər müzakirə olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Putin-Orban görüşü: Ukraynaya dair təkliflər müzakirə olunacaq

Dünya

05 İyul 2024 15:31 623


Rusiya Prezidenti Vladimir Putin Macarıstan baş naziri Viktor Orbanın Moskvaya, o cümlədən Aİ Şurasının sədri kimi gəldiyini bildirib.

Yenisabah.az xəbər verir ki, bunu Putin Orbanla Kremldə keçirilən ikitərəfli görüşün protokol hissəsində deyib.

Rusiya prezidenti Orbanla digər məsələlərlə yanaşı, ikitərəfli münasibətləri də müzakirə etməyə ümidvar olduğunu söyləyib.O, Orbanı Ukraynadakı vəziyyəti müzakirə etməyə dəvət edib. Üstəlik, Orbana Ukrayna ilə bağlı təkliflərinin nüanslarını açıqlayacaq. pizza sifarişi

Putin, həmçinin Orbandan onu Macarıstan və Aİ-nin Ukraynadakı vəziyyətlə bağlı mövqeyi ilə tanış etməsini xahiş edib. Orban isə çıxışında Putinlə bugünkü görüşü xüsusi adlandırıb. O, Rusiya Federasiyası üçün çətin bir zamanda qəbula görə Putinə təşəkkür edib.

Orban bildirib ki, Macarıstan tezliklə Avropada həm Rusiya, həm də Ukrayna ilə dialoq apara biləcək yeganə ölkə olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!