Putin Paşinyanla görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Putin Paşinyanla görüşəcək

Siyasət

06 May 2024 18:35 600


Rusiya Prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.

Uşakov bildirib ki, inauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Avrasiya İqtisadi Şurasının yubiley iclasını keçirəcək. pizza hut

"Bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçiriləcək, həmçinin MDB ölkələrinin liderləri üçün ənənəvi dostluq şam yeməyində iştirak edəcək”, - prezident köməkçisi qeyd edib.

Uşakovun məlumatına görə, ikitərəfli təmas çoxməzmunlu olacaq və xeyli məsələlər müzakirə olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!