Rusiya prezidenti Vladimir Putin Məsud Pezeşkiana İran İslam Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik ünvanlayıb.
Yenisabah.az xəbər verir ki, Kremlin saytında yerləşdirilən müraciətdə deyilir:
“Ümid edirəm ki, sizin prezident kimi fəaliyyətiniz dost xalqlarımızın rifahı, regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi maraqları naminə bütün sahələrdə konstruktiv ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək”. Dominos pizza
Təbrikdə qeyd olunur ki, “Rusiya-İran münasibətləri dostluq və mehriban qonşuluq xarakteri daşıyır”.
Putin Pezeşkiana uğurlar, cansağlığı və firavanlıq arzulayıb.
Telegram kanalımız