Putin prezident seçkilərinə namizəd olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Putin prezident seçkilərinə namizəd olacaq?

Dünya

03 Oktyabr 2023 22:10 465


Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərinə namizəd ola bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.

Nəşr prezident administrasiyasına yaxın olan mənbələrə istinadən yazıb ki, rəsmilər Putindən noyabrda keçiriləcək konfransda martda baş tutacaq prezident seçkilərində iştirak edəcəyini açıqlamasını gözləyirlər. Marqarita pizza

Məsələ ilə bağlı Kreml şərh verməyib.

1999-cu ilin son günündə prezident səlahiyyətlərini Boris Yeltsinə təhvil verən Putin, İosif Stalin dövründən bəri bütün Rusiya monarxlarından daha uzun müddət prezident olub, hətta Leonid Brejnevin 18 illik hakimiyyətini də keçib.

Qeyd edək ki, oktyabrın 7-də Putinin 71 yaşı tamam olacaq./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!