Putin: Priqojinin təyyarəsində qumbara partlayıb

saytların hazırlanması

Evə çatdırılma

Putin: Priqojinin təyyarəsində qumbara partlayıb

Dünya

06 Oktyabr 2023 13:04 471


“Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastırkin də qeyd edib ki, Yevgeni Priqojinin təyyarəsinə heç bir kənar təsir olmayıb”.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin “Valday” debat klubunun iclasında bildirib.

O deyib: “Çox güman ki, şirkət rəhbərinin başına gələnlərlə bağlı ağıllarda çoxlu sual var. İstintaq komitəsinin rəhbəri ötən gün mənə məlumat verdi ki, təyyarə qəzasında həlak olanların cəsədlərindən əl qumbaralarının parçaları tapılıb və təyyarəyə heç bir kənar təsir olmayıb”. pizza mizza

Xatırladaq ki, “Vaqner”in qurucusu Y. Priqojin avqustun 23-də həlak olub. Həmin gün o, 9 nəfərlə birlikdə Moskvadan Sankt-Peterburq şəhərinə uçarkən “Embraer Legacy” özəl şirkətinin təyyarəsi Tula vilayəti ərazisində qəzaya uğrayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!