Putin Qazaxıstanda səfərdədir

saytların hazırlanması

Evə çatdırılma

Putin Qazaxıstanda səfərdədir

Dünya

09 Noyabr 2023 08:11 622


Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanda səfərdədir. 

“Report” TASS-a istinadən xəbər verir ki, dövlət başçısının təyyarəsi paytaxt Astanaya enib. 

Putinin “Akorda” dövlət iqamətgahında Tokayevlə təkbətək və geniş tərkibdə danışıqlarından sonra sənədlərin imzalanması planlaşdırılır. Kremlin materiallarında qeyd olunduğu kimi, gündəliyə ikitərəfli əməkdaşlığın perspektivləri və aktual beynəlxalq problemlər daxildir. Nəticələrdən sonra liderlər mətbuata açıqlamalar verəcəklər.  pizza

Proqramın ayrıca bəndi Putin və Tokayevin Rusiya və Qazaxıstanın XIX Regionlararası Əməkdaşlıq Forumunun plenar iclasında iştirakıdır (onlar videokonfrans vasitəsilə çıxış edəcəklər). Forumun özü Kostanayda keçiriləcək, onun mövzusu “Kənd təsərrüfatı güclü iqtisadiyyatın əsasıdır”dır.

Bundan başqa, Tokayev Rusiya liderinin şərəfinə rəsmi ziyafət verəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!