Putin sağlıq arzuladı:   Bu, KQB üslubudu, mənası...

saytların hazırlanması

Evə çatdırılma

Putin sağlıq arzuladı: Bu, KQB üslubudu, mənası...

Siyasət

20 Mart 2021 19:10 1438


"Gülürəm, çünki Putin kiməsə uzun ömür diləyəndə köhnə KQB agenti olduğu günlərini düşünürəm və o insanın sağlamlığı üçün narahat olmaq məcburiyyətində qalıram".

Yenisabah.az xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə sabiq nümayəndəsi Ceyms Cefri CNN televiziyasına müsahibəsində deyib.

"Rusiya çox vacibdir. Türkiyə Liviya, İdlib və Qarabağda Rusiyaya çox yaxşı qarşılıq verir. Digər tərəfdən, uzun vədədə koronavirus, iqlim və Çin kimi problemləri həll etmək üçün Rusiyaya ehtiyacımız olacaq. Bu səbəbdən də hökuməti Rusiya ilə əlaqələrini kəsməməyə çağırıram. Eynilə Türkiyənin etdiyi kimi. Türkiyə genişmiqyaslı və ya dolayı hərbi qarşıdurmalara baxmayaraq, bunu edir. Biz də eyni şeyi edə bilərik. Ankara və Vaşinqton Rusiya mövzusunda çox yaxşı əməkdaşlıq edə bilər", - deyə o bildirib. (Axar.az) Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!