Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Dünya

24 Mart 2022 15:29 1107


Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib.

Yenisabah.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib: “İclasda Mişustin, Matvienko, Volodin, Medvedev, Patruşev, Kolokoltsev, Lavrov, Şoyqu, Bortnikov, Narışkin və Sergey İvanov iştirak edirdi. Görüş iştirakçıları ölkədə mövcud makroiqtisadi vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Müdafiə naziri Şoyqu xüsusi hərbi əməliyyatın gedişi, eləcə də azad edilmiş ərazilərdə humanitar yardımın göstərilməsi, təhlükəsizliyin təmin edilməsi və həyati vacib infrastrukturun bərpası üzrə davam edən hərbi səylər barədə məlumat verib”. Toyuqlu pizza

Bundan başqa, anti-sanksiya mövzularına da toxunulub.

“Ukrayna ilə danışıqlar prosesinə dair ətraflı söhbət aparılıb. Ukrayna tərəfinin ləngliyi ilə bağlı təəssüf ifadə olunub”, - deyə prezidentin mətbuat katibi vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!