Putin: Ukrayna əks-hücumda 26 min itki verib

saytların hazırlanması

Evə çatdırılma

Putin: Ukrayna əks-hücumda 26 min itki verib

Dünya

23 İyul 2023 14:16 994


Ukraynanın əks-hücumu uğursuz oldu.

Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin belaruslu vəzifədaşı Aleksandr Lukaşenko ilə görüşündə deyib.

Onun sözlərinə görə, əks-hücum başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin itkisi artıq 26 min nəfəri keçib. Dördpendirli pizza

Rusiya prezidenti qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin tərəfində olan əcnəbi muzdlular “axmaqlıqlarına görə” xeyli itki verirlər.

Putin Lukaşenko ilə danışıqların 2 gün davam edəcəyini, görüşün bazar ertəsi keçirilməsinin planlaşdırıldığını vurğulayıb.

O, əmin edib ki, Belarus-Rusiya əməkdaşlığının inkişafı ilə bağlı bütün planlar həyata keçirilir və gözləniləndən daha yaxşı templə həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!