Putin və Makron nədə razılaşıblar? - “Financial Times“ açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Putin və Makron nədə razılaşıblar? - “Financial Times“ açıqladı

Dünya

08 Fevral 2022 13:00 1012


Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında Moskvada keçirilən danışıqlar fonunda Rusiya Federasiyası hərbi qüvvələrin geri çəkilməyə başlayıb.

Yenisabah.az “Financial Times”a istinadla xəbər verir ki, bu barədə fransız mənbələri məlumat yayıb.

Rusiya hərbçilərinin Belarusda təlimlərinin tamamlanmasının müzakirə olunub. Sezar pizza

Fransa rəsmilərinin bildirdiyinə görə, yeni hərbi təşəbbüslər irəli sürməmək və Rusiya qoşunlarının yerləşdirilməsi ilə bağlı geniş dialoq aparmaq barədə razılıq əldə olunub. İki rəsminin sözlərinə görə, razılaşma Rusiya qüvvələrinin Belarusdan bu aydan sonra çıxarılmasını da əhatə edə bilər.

Təxminən 30 min nəfərlik kontingentin iştirak etdiyi genişmiqyaslı birgə təlimin yekunu, bu da növbəti görüşlərə və “kollektiv təhlükəsizlik üzrə strukturlaşdırılmış dialoq” haqqında razılaşmaya gətirib çıxaracaq.

Qeyd olunur ki, nə Putin, nə də Makron danışıqlardan sonra keçirilən mətbuat konfransında belə vədlərin müzakirə edildiyini bildirməyiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!