Putin və Paşinyan arasında telefon danışığı olub

saytların hazırlanması

Evə çatdırılma

Putin və Paşinyan arasında telefon danışığı olub

Siyasət

26 Mart 2021 19:45 805


Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Tərəflər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib. Söhbətdə əsnasında bölgədəki vəziyyətin sabitləşdiyi bildirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin açıqlamasında deyilir.

"Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə edilərkən qeyd olunub ki, bölgədə vəziyyət sabitləşib və ümumiyyətlə sakit olaraq qalır", - açıqlamada deyilir. Marqarita pizza

Həmçinin bildirilir ki, tərəflər arasında enerji sektoruna və koronavirus infeksiyasına qarşı mübarizəyə toxunaraq ikitərəfli əməkdaşlığın aktual məsələləri barədə fikir mübadiləsi aparılıb, gələcək əlaqələr razılaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!