Putinə etibar edirmi? - Paşinyan sualdan qaçdı 

saytların hazırlanması

Evə çatdırılma

Putinə etibar edirmi? - Paşinyan sualdan qaçdı 

Siyasət

24 Fevral 2024 11:06 609


Bilirsiniz, biz dövlətlərarası əlaqələr qurmuşuq. 

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Frans 24” telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinə etibar edib-etmədiyi barədə suala cavab verərkən deyib. 

“Ermənistanla Rusiya arasında münasibətlərin uzun tarixi var. Bu əlaqələrin tarixi müəyyən institusional ənənələrə malikdir. Biz bu ənənələr çərçivəsindəyik”, - Paşinyan bildirib.  pizza hut

“Siz hazırda Vladimir Putinlə əlaqə saxlayırsınızmı?” sualına Paşinyan belə cavab verib: 

“Bəli, sonuncu dəfə dekabrda danışmışam”. 

Qeyd edək ki, Paşinyan Putinə inanıb-inanmadığı sualına konkret cavab verməsə də, Azərbaycan lideri ilə arasında qarşılıqlı inamsızlıq olduğunu etiraf etmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!