Putinə qarşı itaətsizlik - Şoyqu dərhal əmr verdi

saytların hazırlanması

Evə çatdırılma

Putinə qarşı itaətsizlik - Şoyqu dərhal əmr verdi

Dünya

08 Aprel 2022 12:28 1221


Rusiyanın Ukraynaya göndərdiyi 60 elit paraşütçü döyüşməkdən imtina edib.

“Yeni Sabah” Teleqraf.com-a istinadən xəbər verir ki, hərbi bazaya qayıtdıqdan sonra Rusiyada “qorxaq” elan edilən hərbçilər həbs cəzası ilə üzləşə bilərlər.

Paraşütçülərin Ukraynada döyüşmək üçün göndərildikləri Belarusdan geri qayıtdıqları bildirilib. Pepperoni pizza

Müdafiə naziri Sergey Şoyqu etirazı araşdırmaq üçün köməkçilərindən birini Pskova göndərib, başlayan araşdırma hərbçilərin həbsi ilə nəticələnə bilər.

Döyüşmək istəməyən hərbçilər Rusiyada kəskin etirazla qarşılanıblar. Hərbi hissəyə qayıdan hərbçilərə “qorxaq” damğası vurulub, bəzilərinin isə qovulduğu deyilib.

Ukrayna onların Rusiyanın elit paraşütçüləri olduğunu iddia edib. Qeyd edilib ki, bu, Vladimir Putinin əmrini yerinə yetirməkdən imtina olunan çox sayda belə hallardan sadəcə biridir.
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!