Putini zəhərləmək istəyirlər - Kəşfiyyat

saytların hazırlanması

Evə çatdırılma

Putini zəhərləmək istəyirlər - Kəşfiyyat

Dünya

21 Mart 2022 13:44 1174


Rusiyada “nüfuzlu” qrup prezident Vladimir Putini impiçment etmək üçün planlar hazırlamağa başlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Ukrayna kəşfiyyat xidməti həmçinin, Putinin yerinə seçilən şəxsin Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Oleksandr Bortnikov olacağını iddia edib. Dördpendirli pizza

Putin prezident titulu almazdan əvvəl Rusiya kəşfiyyat idarəsinin direktoru olub və Bortnikovla Leninqradda DTK-da xidmət edib.

Ukrayna kəşfiyyatının iddiasına görə, Rusiyanın aparıcı simaları Ukraynanın işğalının sanksiyalardan böyük ziyan çəkən Rusiya iqtisadiyyatına təsirindən qəzəbləniblər.

Modern.az-ın yazdığına görə, Putinin varisi olduğu iddia edilən Bortnikovun Ukrayna müharibəsinin ilk üç həftəsindəki hərbi itkilərdən sonra Putinin gözündən düşdüyü də bildirilir.

İddialara görə, Putin Ukraynadakı vəziyyətin gedişindən narahat olub və bu müddət ərzində 8 generalı vəzifəsindən azad edib.

Digər tərəfdən, xarici kəşfiyyat mənbələrinin məlumatlarına görə, Rusiya Ukraynada təxminən 15 min əsgərini itirib


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!