Putinin Azərbaycanla bağlı dedikləri Ermənistanı qorxuya saldı

saytların hazırlanması

Evə çatdırılma

Putinin Azərbaycanla bağlı dedikləri Ermənistanı qorxuya saldı

Dünya

18 Oktyabr 2023 11:41 554


Rusiya prezidenti Vladimir Putinin MDB dövlət başçılarının Bişkekdə keçirilən sammiti zamanı Azərbaycan və Ermənistan sərhədi haqda dedikləri erməniləri təşvişə salıb. 

Yenisabah.az Publika.az-a istinadən xəbər verir ki, Putin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası zamanı ortaq nöqtənin tapılması çağırışı edib. 

“Bir istiqamətdə 100 metr, başqa istiqamətdə 1 kilometr irəli, yaxud geri olması o qədər də vacib deyil. Vacib olan budur ki, hər iki tərəfin xoş niyyəti olsun”, - Putin bildirib.  Toyuqlu pizza

Onun bu sözləri İrəvanda təşviş yaradıb və mediada Putinə qarşı tənqidlərə səbəb olub. 

“Hraparak” nəşri yazır ki, Putin qanlı müharibədən özünə hələ də gələ bilməyən Ermənistanı aşağılayır. 

“Sərhəddə Ermənistan hansısa istiqamətdə 100 metr irəli gedəcəksə, başqa istiqamətdə Azərbaycan 1 kilometr irəliləyəcək. Daha doğrusu Azərbaycana bunu verəcəklər”, - nəşr iddia edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!