Bəzi müşahidəçilər hesab edir ki, Putin var gücünü toplayaraq Ukraynaya qarşı son həmləsini edəcək və bu onun qalib olmaq şansını artıracaq.
Yenisabah.az-a açıqlamasında bu ehtimalı şərh edən politoloq Samir Hümbətov bildirib ki, Rusiyanın hazırkı ordusu bütün əraziləri qorumağa kifayət etmir.
“Beynəlxalq siyasət realizm üzərində qurulur. Yəni – kim güclüdürsə, onun qalib gəlmək şansı daha çoxdur. Lakin Putinin qorxusu Ukraynada uduzmaq və yaxud ABŞ-ın sanksiyaları deyil, onun ən böyük qorxusu Çindir. Çin Sibirdən torpaq istəyir. Toyuqlu pizza
Putin ona görə də bütün qoşun ilə Ukraynaya girə bilməz. Rusiya çox böyük əraziyə malik bir dövlətdir. Rusiyanın hazırkı ordusu belə bütün əraziləri qorumağa kifayət etmir. Putin son məqama qədər belə gəlsə, Rusiyanın bütün qoşunlarını yığıb Ukraynaya göndərməyəcək.
Rusiyanın 1 milyona yaxın canlı qüvvədən ibarət aktiv ordusu var. Həmin ordunun 150-200 mini Ukraynada döyüşür. Bu ordunun isə 50 mini sıradan çıxarılıb, 50 mini yaralanıb və demək olar ki, Ukraynaya gələn ordunun yarıdan çoxu məhv edilib. Bundan artıq ordunun oraya gətirilməsi isə Rusiyanın sonu ola bilər.
Çinin dövlət kanalında yayımlanan xəritədə Sibir Çinin ərazisi olaraq göstərilmişdir və əgər bu xəbər yayımlanıbsa arxasında hansısa planların olması şübhəsizdir”.
Nəsimi Ələsgərli
Telegram kanalımız