Putinin Ərdoğana hədiyyəsi: Müəllifi bakılıdır

saytların hazırlanması

Evə çatdırılma

Putinin Ərdoğana hədiyyəsi: Müəllifi bakılıdır

Dünya

05 Sentyabr 2023 13:05 1904


Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidentinin türkiyəli vəzifədaşına  xüsusi hədiyyəsini Soçi görüşündə açıqlayıb.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla onun həyatından bəhs edən sənədli film hədiyyə edib.

Peskovun sözlərinə görə, bu film “Rossiya-24” kanalının istehsalıdır və müəllifi onu hazırlamaq üçün Ərdoğanla 4 dəfə müsahibə almış Mixail Qusmandır. Dominos pizza

Bu filmdə Ərdoğanın uşaqlıqdan prezidentliyinə qədər keçdiyi həyat yolu və hakimiyyəti dövründə əldə etdiyi nailiyyətlər yer alır.

Qusman bir müddət əvvəl Ərdoğanı böyük siyasətçi adlandırıb və bildirib ki, Türkiyə belə bir liderə sahib olduğu üçün fəxr etməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!