Putinin həbsinə order verən hakim axtarılır

saytların hazırlanması

Evə çatdırılma

Putinin həbsinə order verən hakim axtarılır

Dünya

27 İyul 2023 09:40 850


Rusiya Prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (MCM) hakimi Tomoko Akane cinayət işi üzrə axtarışa verilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, hakim Tomoko Akane Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib. Sezar pizza

Qurumun məlumat bazasında hakimin konkret hansı maddə üzrə axtarışda olduğu qeyd edilməyib.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) V. Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib. Haaqa Məhkəməsi Putini uşaqların qanunsuz deportasiyası və insanların Ukraynadan Rusiyaya qanunsuz keçirilməsində şübhəli bilərək həbsi barəsində qərar çıxarıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!