"Rusiya ordusunun ciddi hərbi texnika çatışmazlığı var".
Yenisabah.az “Daily Telegraph”a istinadla xəbər verir ki, Ukraynada müharibə aparan Rusiya ordusunun tank, helikopter, gəmi, qanadlı raketlərin və hətta qırıcı təyyarə sarıdan korluq çəkir.
Britaniya qəzeti iddia edir ki, bu hərbi texnikaya aid bəzi hissələri əvvəllər Ukrayna zavodlarında istehsal olunub. pizza mizza
Rusiya qüvvələrinin Ukraynanın bir çox şəhərlərini 5 həftəlik şiddətli atəşə tutmasından sonra Moskva indi silah qıtlığı ilə üzləşib.
Bununla bərabər, Rusiya Müdafiə Nazirliyi münaqişənin “ikinci mərhələyə” daxil olduğunu və qüvvələrin Kiyevdən çıxarılaraq bütün diqqətini Ukraynanın şərqindəki Donbas bölgəsinə yönəldəcəyini açıqlayıb.
Telegram kanalımız