Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən deputatın qardaşına yüksək vəzifə verildi   - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən deputatın qardaşına yüksək vəzifə verildi - Yenilənib

Sosial

28 Avqust 2020 22:13 2798


Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunan Qabil Həmzə oğlu Əliyev yeni məlumatlar yayılıb. 

Yenisabah.az bildirir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunan Qabil Əliyev qardaşı, millət vəkili Bəxtiyar Əliyevlə bağlı bir neçə gündür qalmaqal yaşanır. 

Bəxtiyar Əliyevin Prezident Adminstrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbəri Ramiz Mehdiyevin qız nəvəsinin toy məclisində iştirak edən qonaqlar arasında olub.  Sezar pizza

Xatırladaq ki, koronavirus təhlükəsi ilə bağlı Azərbaycanda toylar bu ilin martından təxirə salınıb. Amma Ramiz Mehdiyevin ailəsində təşkil olunan bu məclis sosial izolyasiya tədbirləri dövründə baş verib. 

Toyların keçirilməsi bu müddət ərzində qadağan olunmasına baxmayaraq, keçirilib. Toy sahibləri sabiq deputat İlham Əliyev və qudası 15 gün müddətinə həbs olunub. 

Qeyd edək ki, Qabil Əliyev bu təyinata qədər Prezident Adminstrasiyasında çalışıb.

***

Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi, yeniliklər və innovasiyaların tətbiq olunması, o cümlədən kadr islahatlarının aparılması barədə nazirlik tərəfindən ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.

Yenisabah.az xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, Qabil Həmzə oğlu Əliyev nazirliyin İcra Baş idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Q.Əliyev əvvəllər uzun müddət ərzində ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışmış, həmçinin elmi fəaliyyətlə də məşğul olmuşdur. O, 2006-cı ildən hüquq üzrə fəlsəfə doktorudur.

2007-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsində məsul vəzifədə çalışıb. Xidməti fəaliyyətində dəfələrlə mükafatlandırılmış, analitik təhlil sahəsində xüsusi bacarıqları və işgüzarlığı ilə fərqlənmişdir.

Hərtərəfli islahatlar dövründə Q.Əliyevin məhz bu keyfiyyətləri və iş tərcübəsi nəzərə alınaraq həmin qərar qəbul olunub.

Hazırda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi vəzifəsini idarənin digər müavini Fərid Əfəndiyev icra edir.  /Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!