“Qaçqınkom” qəzalı vəziyyətə düşən binada yaşayan məcburi köçkünlərlə bağlı tədbir gördü

saytların hazırlanması

Evə çatdırılma

“Qaçqınkom” qəzalı vəziyyətə düşən binada yaşayan məcburi köçkünlərlə bağlı tədbir gördü

Sosial

18 Sentyabr 2020 19:08 1339


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sentyabrın 14-də axşam radələrində Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı qəsəbəsində, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı “Qızılqum” sanatoriyasının beşmərtəbəli binasında qəza vəziyyətinin yaranması haqqında məlumat daxil olub.

"Qaçqınkom"dan Yenisabah.az-a daxil olan məlumata görə, məlumatdan dərhal sonra, məcburi köçkünlərin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görülüb. 

Aidiyyəti dövlət qurumlarının nümayəndələri əraziyə baxış keçirib. 98 ailənin müvəqqəti məskunlaşdığı sanatoriyanın qəzalı vəziyyətdə olması nəzərə alınaraq, onları binanı tərk etmək tövsiyə olunub.   pizza hut

Dövlət Komitəsinin balansında olan boş mənzil fonduna uyğun olaraq, “Qızılqum” sanatoriyasının beşmərtəbəli binasında yaşayan 11 ailə yeni mənzillə təmin olunub. 

Digər ailələrə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Ümid” qəsəbəsində tikintisi başa çatmış 180 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan yaşayış məhəlləsinə köçmək təklif olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!