Qadınların pensiya yaşı haqda müzakirə başladı –   ENDİRİLİR?

saytların hazırlanması

Evə çatdırılma

Qadınların pensiya yaşı haqda müzakirə başladı – ENDİRİLİR?

Sosial

27 Noyabr 2024 12:50 6704


Milli Məclisdə 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deputatlar qadınların pensiya yaş həddinin aşağı salınmasını hökumət qarşısında qaldırıb.

Hökumət qadınların pensiya yaş həddinin aşağı endirilməsi məsələsinə baxsa yaxşı olar.

Ölkə.az xəbər verir ki, belə bir təkliflə deputat  Aydın Mirzəzadə parlamentdə büdcə müzakirələri zamanı deyib. Dominos pizza

“Qadınların yaş həddinin tədricən bir neçə yaş aşağı endirilməsi məsələsinə baxmasını hökumətə təklif edirəm”, - deputat qeyd edib.

Deputat Ceyhun Məmmədov isə bildirib ki, gələcəkdə qadınların pensiya yaşlarına yenidən baxılmalıdır. “Bu gün reallıq ondan ibarətdir ki, müəyyən bir yaşa gəldikdən sonra insanlar iş tapmaqda əziyyət çəkirlər. Cəmiyyətin bu məsələdən ən çox əziyyət çəkən üzvlərindən biri də qadınlardır. Bu məsələ ilə də bağlı bizə çoxlu müraciətlər var”, - o qeyd edib. 

Deputat Vüqar Bayramov da qadınların pensiya yaş həddinin aşağı salınmasını məqsəduyğun hesab edir: “Pensiya məbləğində keyfiyyət göstəricilərindən, məsələn, ailədə uşaqların sayı kimi indikatorlardan istifadə olunsun. Nəticədə çoxuşaqlı ailələr daha tez pensiyaya çıxmaq hüququ ilə yanaşı, daha yüksək pensiya almaq imkanı da qazanarlar”.

Deputat Əli Məsimli də qadınların pensiya yaş həddinin aşağı salınmasını hökumət qarşısında qaldırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rüstəmova
    44 yaşım var səhhətim imkan vermir işləyəm..bir çox qadınlarin müəyyən yaş dövrü var ki çətin olur onlar üçün işləmək .qadın üçün ən yaxşı 55yaşdir pensiya almaq .işləyə bilən işləsin yenədə .Allah razı olsun bu deputatlardan ki bu meseleni müzakirəyə çıxarırlar
    1 year ago
  • DOSTİYEVA Gulşən Balabəy qizi
    Mənim 58 yaşim olacağ fevralda mən indidən iş tapa bilmirəm bu yaşda hec kim işci istəmir cox sağ olsunlar belə məsəl var qoca at arpa istəmir balalarimda öz ailəlırini gucnən dolandirir birdə mən yuk olum onlara hec olmasa qadinlari 60dan aşaği eləsinlər yox işnən təmin etsinlər eləsinlərdə baxim necə edirlər toxun acdan nı xəbəri
    1 year ago
  • İntizar
    Qadınların pensiya yaşını elə 63 də saxlasanız lap yaxşı olar. Yaşlı qadınların işləməsi çox çətindir. Həm də yaşlılar çıxsın ki,cavan kadrlara yer açılsın.
    1 year ago